Elçin Abbasov 6 dekabr 1971-ci ildə anadan olub. 1988-ci ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbi “Qızıl Medal” ilə bitirib.
1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə qəbul olunub. Oxuduğu müddətdə “N.Nərimanov adına təqaüd” alıb. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini “Fərqlənmə Diplomu” ilə bitirib.





